Şrift:
“Dəniz kuboku - 2018” müsabiqəsində artilleriya atəşləri icra olunub
08.08.2018 [14:10] - Xəbərlər, Hərb
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlıqlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu mərhələdə hərəkətdə olarkən gəmilərə üzən mina hədəfini artilleriya atəşi ilə məhv etmək tapşırılıb. Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib. Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası qiymətləndirmə aparıb.

Yarışın nəticələrinə görə, Rusiya komandası 40 balla birinci, Azərbaycan 38 balla ikinci, Qazaxıstan 36 balla üçüncü, İran dənizçiləri isə 20 balla dördüncü yerlərdə qərarlaşıblar.

Bu gün yarışların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed