Şrift:
Yəməndə avtobusa hücum nəticəsində ölənlərin sayı 50-yə çatıb
10.08.2018 [09:24] - Gündəm, Hadisə
Yəmənin şimal-qərbində yerləşən Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb, habelə 77 nəfər yaralanıb.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (BQXC) özünün “Twitter” səhifəsində yazıb.

BQXC-nin əvvəl yaydığı məlumatda yaşı 15-dən aşağı azı 29 nəfərin öldüyü, 30 uşağın isə yaralandığı bildirilirdi.

Yəmən Səhiyyə Nazirliyinin nümayəndəsi Yusif əl-Haderi “Twitter” səhifəsində Saada şəhərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən bombardman edilməsi nəticəsində 40-dan artıq insanın öldüyünü, 60 nəfərdən çoxunun isə yaralandığını yazıb.

Ərəb koalisiyası öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfdə isə hökumət qüvvələri və prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edir.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed