Şrift:
Azərbaycan Ordusunda “açıq qapı” günü və andiçmə mərasimləri təşkil olunub
13.08.2018 [09:59] - Xəbərlər, Hərb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, avqustun 12-də bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed