13.08.2018 [10:02] - Xəbərlər, Hərb
Avqustun 12-də Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “açıq qapı” günü, eləcə də gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Hərbi Birlik komandiri, general-mayor Xaqani Cəbrayılov, şəhid ailələrinin üzvləri, veteranlar, əsgər valideynləri, hərbi hissənin rəhbərliyi, yerli icra orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Müdafiə Nazirliyinin rəsmi şəxsləri və “N” saylı hərbi hissənin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra meydanda gənc əsgər və zabitlər, eləcə də andiçmə mərasiminin iştirakçıları Ulu Öndərin və Vətənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə döyüş bayrağı sıra meydanına gətirilərək dövlət himni səsləndirilib və tədbir açıq elan olunub.
Daha sonra gənc əsgərlər təntənəli olaraq Vətənə sədaqət andı içiblər.
Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son vaxtlar Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Qeyd edilib ki, 2016-cı ilin 4 günlük Aprel döyüşləri və 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordusunun bölmələrinin uğurlu əks-həmlə əməliyyatı olan Günnüt zəfəri ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrəti və yüksək döyüş ruhu qarşı tərəfə sübut olunub və düşmənə sarsıdıcı zərbə vurulub. Bununla belə müharibənin hələ bitmədiyi, qarşıda isə uğurlu hərbi əməliyyatlarla Azərbaycanın işğal edilmiş bütün torpaqlarının düşməndən azad ediləcəyi günün uzaqda olmadığı diqqətə çatdırılıb.
Mərasimdə çıxış edən gənc əsgər Ayxan Məmmədzadə deyib: “Mən ali təhsilliyəm. Magistraturaya da daxil ola bilərdim. Amma əsgəri xidməti üstün tutdum. Valideynlərim də mənim fikrimlə razılaşdılar. Təhsilimi əsgərlikdən sonra davam etdirəcəyəm. Bu gün Azərbaycan Ordusunun sıralarında olmaq mənim üçün, eləcə də əsgər yoldaşlarım üçün böyük şərəfdir. Biz fəxr edirik ki, regionun ən güclü ordusunun əsgərləriyik.
Naxçıvanda Günnüt, Qızılqaya yüksəkliklərinin alınmasını, on min hektar ərazinin nəzarətə götürülməsini böyük sevinclə qarşıladıq. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş möhtəşəm parad isə Silahlı Qüvvələrimizin gücünü həm xalqımıza, həm dünyaya, həm də düşmənlərimizə göstərdi.
Cənab generallar, əziz valideynlər, əsgər qardaşlarım hamınız əmin ola bilərsiniz ki, yolumuzu gözləyən yurd yerlərimizdə qələbə bayrağını biz ucaldaraq xalqımıza qələbə sevinci bəxş edəcəyik və həmin bayrağı Azadlıq Meydanına apararaq qələbə paradında nümayiş etdirəcəyik”.
Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Çıxışlardan sonra Vətənə sadiqlik andı içən gənc əsgərlər nizami addımlarla tribuna qarşısından keçiblər.
Rəsmi mərasim başa çatdıqdan sonra isə şəxsi heyət üçün konsert proqramı təşkil olunub.
Təntənəli andiçmə mərasimindən sonra “açıq qapı” günündə iştirak edən ziyarətçilər, əsgər valideynləri hərbi hissədə yaradılan şəraitlə tanış olub, ərzaq və geyim nümunələri sərgisinə baxıb, xidməti, inzibati binalara, əsgər yataqxanalarına baş çəkib, əsgər yeməkxanasında birgə nahar ediblər.
“Açıq qapı” günündə, həmçinin hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil edilib, onları maraqlandıran məsələlər müzakirə olunub və mədəni-kütləvi tədbirlər keçirilib.

Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |