Şrift:
Tayvanda xəstəxanada baş verən yanğında 9 nəfər ölüb
13.08.2018 [12:34] - Gündəm, Hadisə
Çinin Tayvan adasındakı xəstəxanada baş verən yanğında 9 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Çin Mərkəzi Televiziyası xəbər verir ki, hadisə səhər saatlarında Yeni Taypey şəhərində xəstəxana binasının 7-ci mərtəbəsində baş verib. Yanğın xəbərdarlığı veriləndən sonra 31 nəfər təxliyə edilib, reanimasiya bölməsində olan 14 xəstə digər xəstəxanalara köçürülüblər.

Hadisə yerinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Bir neçə saat sonra yanğın söndürülüb.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed