Şrift:
Bakının 3 rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
14.08.2018 [09:23] - Gündəm, Bildiriş
Bakının 3 rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni çəkilmiş diametri 530 millimetrlik “30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 294 metrlik və 325 millimetrlik, “30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar avqustun 14-də saat 10:00-dan təmir işləri tamamlananadək Bakının Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed