14.08.2018 [09:35] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstanın kütləvi informasiya vasitələrində Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı geniş işıqlandırılıb. Materiallar və reportajlarda Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın dövlət başçısı ilə görüşünə və Konvensiyanın əhəmiyyətinə xüsusi diqqət ayrılıb.
Yerli media orqanlarında (“Egemen” qəzeti, “Kazinform” informasiya agentliyi, “Bnews.kz”, “365.kz”, “TengriNews.kz” saytları) oxuculara Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı çərçivəsində keçirilən ikitərəfli görüşlər haqda da məlumat verilib.
“Egemen” rəsmi dövlət qəzetində və “Kazinform” dövlət informasiya agentliyinin saytında dərc olunan yazılarda Azərbaycan və Qazaxıstan dövlət başçılarının görüşünə geniş yer ayrılıb. Qeyd edilir ki, görüşdə Qazaxıstanın dövlət başçısı Azərbaycan Prezidentinin Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında iştirakının əhəmiyyətini vurğulayıb. Xüsusi olaraq qeyd edilib ki, Kurık və Lyanyunqan limanlarının açılması Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vəd edir.
Qazaxıstan KİV-ləri Prezident Nursultan Nazarbayevin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı xidmətləri barədə dediklərinə də xüsusi diqqət çəkib: “Bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu, çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı”.
Bildirilir ki, Xəzər regionunda belə bir tarixi hadisənin baş verməsi coğrafi, iqtisadi, eləcə də iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir. Kurık limanının açılması iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək. Azərbaycanda Ələt limanının da istifadəyə verilməsi iki qardaş ölkənin tranzit imkanlarından geniş istifadəsini təmin edəcək ki, bunun da iqtisadi və siyasi cəhətdən mühüm səmərəsi danılmazdır.
Qazaxıstanın “Today”, “Nur”, “tengrinews”, “informburo” və digər xəbər portallarında Konvensiyanın imzalanmasının Xəzəryanı ölkələr arasında əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etməsinə təkan verəcəyi vurğulanıb. Bildirilib ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevriləcək. Qazaxıstan ilə bərabər, Azərbaycan da Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş üçüncü Zirvə Toplantısında əldə olunan nəticələr bunu deməyə əsas verir.
Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə birgə əməkdaşlığın dərinləşdirilməsi də informasiya portallarının əsas mövzularından biri olub.
İlahə Əhmədova

Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |