14.08.2018 [09:39] - Gündəm, Hərb
ABŞ Prezidenti Donald Tramp beşinci nəsil “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan 2019-cu il üçün müdafiə büdcəsi qanununu təsdiqləyib.
Türkiyənin NTV telekanalı xəbər verir ki, sənədə əsasən, Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmayacağına dair hazırlanacaq hesabata qədər qırıcı təyyarələrin bu ölkəyə təhvil verilməsi dayandırılır.
ABŞ Müdafiə Nazirliyi isə 90 gün ərzində iki ölkə arasındakı əlaqələrə dair hesabat hazırlamalıdır.
Birləşmiş Ştatların 2019-cu maliyyə ili üçün müdafiə xərcləri 716 milyard dollar həcmində olacaq.
Qeyd edək ki, Türkiyə ABŞ-dan ən azı 100 ədəd “F-35” təyyarəsi almaq istəyir. Artıq onun 30-nu sifariş verib. Nüvə başlıqları daşıya bilən çoxməqsədli “F-35” hərbi təyyarələri “stealth” texnologiyasından istifadə edilməklə hazırlanıb. Onun hazırlanmasında ABŞ-la yanaşı 8 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə də iştirak edib.

Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |