Şrift:
Rumıniya milli hava yolları Bakı, Tbilisi və Odessaya uçuşlara başlayır
14.08.2018 [09:47] - Gündəm, Türk dünyası-Turan
Rumıniyanın milli hava yolları TAROM Şərq istiqamətində Bakı, Tbilisi və Odessaya uçuşlara hazırlaşır.

Bu barədə dünyada müxtəlif hava yollarında baş verən yenilikləri izləyən airlineroute.net internet portalında xəbər verilib. Uçuşlar gecə yerinə yetiriləcək. Portalın məlumatına əsasən, Odessa və Tbilisi uçuşları həftədə iki dəfə olmaqla sentyabrdan etibarən başlayacaq. Bu uçuşlar “ATR-72” və “A318” təyyarələri ilə yerinə yetiriləcək. Bakıya uçuş isə “Boeing 737-300” təyyarəsi ilə oktyabrın 31-dən etibarən hər cümə axşamı və çərşənbə axşamı həftədə iki dəfə həyata keçiriləcək.

Biletlərin satışı artıq qlobal bilet ticarəti ilə məşğul olan şirkətlərin internet səhifələrində yerləşdirilsə də, TAROM hələ ki, biletlərin satışına öz şəbəkəsi vasitəsilə başlamayıb.

İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed