15.08.2018 [09:24] - Gündəm, Hadisə
İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.
Bu barədə “La Repubblica” qəzeti ölkənin mülki müdafiə xidmətinə istinadla məlumat yayıb. “Biz faciə qurbanlarının və yaralıların sayının artmasından qorxuruq. Çünki körpünün uçan hissəsinin dağıntıları arasında axtarışlar hələ də davam edir”, - deyə İtaliya Nazirlər Şurası yanında mülki müdafiə departamentinin rəhbəri Ancelo Borrelli bildirib.
Son rəsmi məlumatlara görə, ölənlər arasında bir uşaq da var. On dörd nəfər yaralıdan beşinin vəziyyəti son dərəcə ağırdır.
Xilasedicilər xəsarət alanları dağıntılar altından çıxarıb xəstəxanalara göndərirlər.
Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. İtaliya KİV-lərinin məlumatına görə, hadisə zamanı körpüdə 35 minik avtomobili və 3 yük maşını olub.

Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |