Şrift:
Gül: "Dəməşq son şansından istifadə edə bilmədi"
10.07.2012 [11:23] - Siyasət
"Rəsmi Dəməşq Suriyada böhranın nizamlanması üçün Ərəb Dövlətləri Liqası (ƏDL) və BMT-nin ölkədəki xüsusi nümayəndəsi Kofi Annanın planından istifadə edə bilmədi, bu plan Əsədin sonuncu şansı idi".
"TRT Haber" telekanalının yaydığı məlumata görə, bu barədə bazar ertəsi Türkiyə prezidenti Abdullah Gül bildirib.
"Annanın planı prezident Əsədin sonuncu şansı idi. O, sonuncu şansından istifadə edə bilmədi. İndi ölkədə böhranın nizamlanması məqsədilə tədbirləri sərtləşdirmək lazımdır", - Gül deyib.
Prezident onu da vurğulayıb ki, son vaxtlar bəzi ölkələr Suriya böhranının həlli məsələsində müəyyən passivlik göstərirlər ki, nəticədə də ölkədə zorakılıq halları artmaqda davam edir.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed