16.08.2018 [09:10] - Gündəm, Hadisə
Əfqanıstan paytaxtının qərbində yerləşən təhsil müəssisəsində baş verən partlayış nəticəsində həlak olanların sayı 48 nəfərə çatıb, daha 67 nəfər isə yaralanıb.
“Tolo News” telekanalı bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Partlayış bu gün “Mawoud Academy” özəl təhsil müəssisəsinin binasında baş verib. Hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğunu intiharçı-terrorçu işə salıb. Partlayış məktəbdə məşğələ zamanı törədilib. Orada universitetə qəbul üçün hazırlıq məşğələsi keçirilirdi. Faciə qurbanlarının və yaralıların əksəriyyəti 18 yaşa yaxın gənclərdir.
Əfqanıstan Prezidenti Əşrəf Qani hadisə ilə bağlı təhqiqat aparmaq barədə göstəriş verib. Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib.

Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |