Şrift:
Hikmət Cavadov Ukrayna Azərbaycanlıları Konqresinin sədri seçilib
10.07.2012 [12:07] - Diaspor
“Demokratiyanın nəbzi” təşkilatının prezidenti, hüquq elmləri namizədi Hikmət Cavadov Ukrayna Azərbaycanlıları Konqresinin sədri seçilib.Konqresin əvvəlki sədri İlqar Abbasov idi. Hikmət Cavadov 1982-ci ildə Bakıda doğulub. 2002-ci ildə BDU-nun huquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini bitirib.

2004-cü ildə Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsinə qəbul olub. 2008-ci ildə həmin institutda "Torpaq qanunvericiliyinin pozuntusuna görə mülki məsuliyyət" mövzusunda dissertasiya işi müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi alıb.

2005-ci ildə Kiyevdə "Demokratiyanın nəbzi" təşkilatını təsis edib. Bu təşkilatın nəzdində dərc olunan "Slovo Azerbaydjana" və "Azərbaycanın sözü" qəzetlərinin şef redaktoru, "Ədalət" hüquq klinikası, bazar günü məktəbi, "PD" online TV layihələrinin rəhbəridir.
Bu xəbər oxucular tərəfindən 2999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed