Şrift:
Türkiyə silahlı qüvvələri təhlükəli terrorçunu İraq ərazisində məhv edib
16.08.2018 [09:28] - Gündəm, Hərb
Türkiyə silahlı qüvvələrinin İraqın şimal-qərbində yerləşən Sincar bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı zamanı PKK/KCK terror təşkilatının təhlükəli simalarından sayılan İsmail Özdən məhv edilib.

Rəsmi informasiya mənbələri xəbər verir ki, “Mam Zeki Şengali” ləqəbli bu terrorçu Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olub.

Sincar bölgəsində təşkil olunan xüsusi əməliyyata PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakayanın adı verilib.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed