16.08.2018 [14:12] - Gündəm, Türkün şanlı tarixi, DAVAMın yazıları
Məlum olduğu kimi, tarix elminin əsasən dörd sahəsi var: arxeologiya (insan həyatını maddi mənbə əsasında), paleoqrafiya (qədim yazılı mənbələr: piktoqrafiya, heroqliflər və qrafik yazı (cizgili yazı), heraldika (ən qədim dövrdə möhür, emblem və nişanları... digər bir adı gerbşünaslıq.), numizimatika (sikkələr, nominal və həqiqi dəyərləri öyrənən sahə.) Azərbaycan alimləri tarixin bu sahələri üzrə lazımı qədər tədqiqatlar aparıb elmi yazılar təqdim etmişlər. Bu yazılara əsaslanıb Azərbaycan tarixini real formada tərtib etmək mümkündür, fəqət düşmən qüvvələr buna imkan vermirlər.
Azərbaycan dövlətinin qədim əraziləri Kəngər körfəzindən şimala Böyük Qafqaza, Xəzər dənizindən Qara dənizə olan məkanda bir neçə adda tarixə məlumdur. Ən qədim tarixə malik Manna, Midiya, Albaniya, Atabəylər, Səfəvilər dövlətləri kimi siyasi, iqtisadi, dil, mədəniyyət birliyi olan insanlar hələ də doğru tarixini dünyaya bəyan edə bilməmişdir. Mane olan nədir və “araqarışdırma” necə irəli sürülüb? Bu məsələni araşdırmağa başlayaq:
Məlum olduğu kimi, qədim dövrdən indiyə kimi zamanında işlənən ünsiyyət vasitəsi- dil tarixi dövrlərdə dövlət dilləri olaraq fərqli surətdə dəyişmiş, inkişaf etmişdir, bunu linqvistika elmi də sübut edir. Bir neçə sual meydana çıxır, ... Manna, Albaniya, Atabəylər, Səfəvilər dövlətlərinin danışıq dillərii necə olmuşdur?
Qeyd edək ki, ilkin danışıq dilini özündə əks etdirən “Piktoqrafiya”, yəni şəkili yazı olmuşdur və burada əsasən təqlidi sözlər başlıca pol oynamışdır. Misal üçün: ibtidai insanlar biri digərinə qarğa haqqında məlumat vermək üçün qarğanın daş, qaya üzərində şəkilini çəkməklə onun səsini “qaarrı-qaarrı”, şəlalənin şəkilini çəkməklə “şırr-şırrr“,- deyə nitqində təqlid etmişdir. Nəhayət, qədim insanlar ov heyvanlarının, yırtıcı və təhlükəli heyvanların, təbiət hadisələrinin səslərini təqlid etməklə qədim ünsiyyət vasitəsi olan dili formalaşdırmışlar. Sonradan zaman keçdikcə piktoqrafik yazının inkişafı ilə simvolik işarələr toplusu heroqlif yazı və danışıq dili, daha sonra qrafik yazı-cizgi yazı və danışıq dili formalaşmışdır. Bura qədərki yazı ilə dil və yazı haqqında qısa məlumat verməkdə məqsədim bəşəriyyətin dil və bioloji artım şəcərəsinin bir mənbədən olmasını xayırlatmaqdır...
Tarixə məlum olan ən qədim Şumer cəmiyyəti və mədəniyyəti dövründə mixi yazısı ilə gil lövhələr üzərində həkk olunan 7 minillik “Bilqamıs dastanı” ilkin sivil ünsiyyət vasitəsinin-dilin yeganə nümunəsidir. Bilqamıs tarixi şəxsiyyət olmaqla “Uruklu Bilqamıs” adlanmışdır. Qibtilərin dili ilə (qədim Uruk şəhəri) uruklu insan “turuk- o uruk” kimi meydana gəlmişdir və “turukilər” 7 min il əvvəl Kəngər körfəzindən Dərbəndə və Xəzər dənizindən Qara dənizə Turk dövləti qurmuşlar. Sonradan Atropatena və s. adlarda dövlətlər gəlir...O zamankı dil isə orta əsrlərdəki türk dillərindən kəskin fərqlənmişdir. Müasir Azərbaycan dilinin nüvəsində şumer morfemləri daha çoxluq təşkil edir. Iltisaqi və felektiv dil növünə aid olan müasir dövlət dilimiz (baxmayaraq ki, “azərbaycan dili”deyirlər, əslində türk dili) qədim dövrlərdən bu yana məkanda mövcud olan etnosların dialekt və şivələri əsasında formalaşmışdır, eyni zamanda dünyada ən zəngin dildir.
E.ə. 331-ci il “Qavqamel” döyüşü və Persapolun Makedoniyalı İsgəndərin yunan qoşunu tərəfindən işğalı tarixinə nəzər salaq: (Qeyd edim ki, “pers” “fars” deyil, bu Vatikanın və ingilislərin missiyası üzrə XVII əsrin axırlarında Britaniya imperiasının Hindistanı işğalından sonra ortaya atılmışdır...) Nəhayət, Persapolun işğalı ilə bu tarixdə “Avesta”nın, Persapolun və ələ keçən perqament səhifələrinin çoxu yandırılması ilə Atropatena, Midiyanın dövlət dili olan avesta dili (şumer dili) sarsıdıcı zərbə alaraq tənəzzülə uğradı, Mixi heroqlifi yunan qrafikası ilə əvəz olunmağa başladı, eyni zamanda yunan söz morfemləri də avesta dilinin şifahi tərkibinə nüfuz etdi. O dövrün yunan salnaməçiləri, yazarları: Plutarx, Strabon, xəritəşünas Ptolemey və s. Mesapotomiya, Manna, Midiya, Atropatena, Albaniyanın coğrafi ərazilərində, Alban dənizi (Xəzər dənizi) sahillərində qədim mədəniyyət abidələrindən, sosial-ictimai münasibətlərdən, folklorlardan yazılar yazmağa başlamışlar. Yunan yazarları Böyük Azərbaycan ərazilərində rast gəldikləri etnosları belə adlandırmışlar: turuki, kuti, qarqar (gərgər-kənkər), lulubi, tolş-talış və s. Bu barədə linqvistikanın dəlilləri əsasında geniş söhbət tələb edir.
Bu etnosların, tayfaların o zaman dialekt və şivələri olsa da, ümumi dildə, dövlət dilində- avesta dilində, yəni şumer dilində danışmışlar. Tarixlər keçdikcə avesta dili XIVəsrə gələrək “ətrak dili” kimi adlanmağa başladı, yəni Bağdad, Pakistan və Qafqaz ərazilərində ümumi dil olaraq fəaliyyət göstərdi. Məhəmməd Füzulinin bir beytini xatırladaq: “Leyli və Məcnun əcəmdə çoxdur, ətrakda bu fəsanə yoxdur”. Bu bədii təzad da heroqlif qrammatikasına daha çox uyğundur:“Gəncineyi- nəzm gizli qalmaz, sanman günəş olar, nur salmaz”. “Leyli və Məcnun” poemasını oxuyan hər kəs təsdiq edər ki, poemanın dili heroqlif və qrafik qrammatikanın qarşığından ibarətdir. Hələ “Leyli və Məcnun” bu yaxın tarixdir, bəs beş-altı min il əvvəl dildə nə qədər trasfer, assimilyasiyalar, deformasiyalar olmuşdur.
İndi qərbin mürtəce siyasətinə xidmət edən, əsasən XVII əsrdən bu yana özünü “tarixçi-tədqiqatçı” alim kimi bəyan edənlər Qafqaz tarixini missiyaya yönəldirlər. Onlar özləri də yaxşı bilirlər ki, bəşəruyyətin artım və dil şəcərəsinin başlanğıcı bir nöqtədən təkamül götürmüşdür. Faciə odur ki, bizim bəzi alimlərimiz də korkoranə onların “dəlil”lərinə əsaslanıb fikir irəli sürürlər...Ən təkzibolunmaz dəlil linqvistikanın məntiqi qanunlarına əsaslanıb ən qədim zamanlardan yaranmış Azərbaycan dövlətçilik tarixindəki dövlət dili kimi işlənən ünsiyyət vasitəsinin formalarını ortaya qoymaq mümkündür. Bununla da mürtəce dairələrə kəskin cavab vermək olar.

Bu xəbər oxucular tərəfindən 1965 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |