Şrift:
Iran rejimi 5 Ərəb milli fəalına edam birinəisə 20 həbs cəzası verib
10.07.2012 [14:57] - Güney Azərbaycan xəbərləri
İranın Xuzistan əyalətinin Ramşir şəhərində yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə aparan 5 fəal ölümə məhkum edilib, birinə isə 20 il həbs verilib. Məhkəmələrin qapalı keçirildiyi bildirilir.
Ramşir məhkəməsi Məhəmmədəli Əmuri, Hadi Raşedi, Haşım Şəbani, Muxtar və Cabir Albuşukəni qardaşlarını ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Allaha qarşı mübarizə aparmaqda təqsirli bilib. Onlara ölüm cəzası kəsilib.

Məhkəmənin qərarı ilə daha bir ərəb fəalı Əbdülrəhman Əsakiri 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bu xəbər oxucular tərəfindən 1375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed