10.07.2012 [17:53] - Hadisə
Azərbaycan ərazilərinin bir qisminin erməni işğalında olması ilə əsla razılaşan deyiləm.
Bu sözləri Ankaradan Türkiyə ordusunun istefada olan gerenal-leytenantı, tanınmış siyasi-hərbi analitik Haldun Solmaztürk Dağlıq Qarabağda baş verə biləcək müharibənin Ermənistana sosial-iqtisadi baxımından təsirləri ilə bağlı fikirlərini şərh edərkən bildirib.
“Onu deyim ki, müharibə ölkənin vəziyyətinin qısa müddətdə pisləşdirə bilməz. Fikrimcə, Ermənistanın hakimiyyət dairələri daxildəki situasiyanı nəzarətdə saxlamağa, milli birliyə nail olmağa cəhd edəcək.
Amma müəyyən zamandan sonra müharibənin ciddi nəticələrin olacağı, həmin nəticələrin Ermənistandakı situasiyanı gərginləşdirəcəyi şübhəsizdir. Başlıca səbəb Ermənistan iqtisadiyyatının zəifliyi, İrəvanın Rusiyadan tam asılılığıdır.
Belə olan halda müharibə başlayacağı təqdirdə Yerevandakı iqtidarın hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil.
Ermənistan siyasətçiləri vəziyyətin onlar üçün arzuolunmaz durum yaradacağını dərk edirlər”, - deyə H.Solmaztürk bildirib.
İstefada olan general hazırda Ermənistan hakimiyyətinin Qarabağı azad etməməsi bölgədə müharibə riskini artırırmı sualına belə cavab verib.
“Axı hansı dövlət öz torpağının işğal altında qalması ilə razılaşar?! Təbii ki, Azərbaycan da ərazilərinin bir qisminin erməni işğalında olması ilə əsla razılaşan deyil. İndiki proseslər də situasiyanın müharibəyə istiqamətləndiyini göstərir. Üstəlik, danışıqlar prosesi də real nəticə vermir”, - deyə sabiq general qeyd edib.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1251 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |