21.10.2011 [11:17] - Xəbərlər
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 22-də Azərbaycan Respublikasının Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işğal olunmuş ərazilərdən təmas xəttinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan tərəfinə keçmələri nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |