Şrift:
Şərurlu fermerlər və onların ailə üzvləri müayinədən keçiriliblər
17.08.2018 [09:48] - Xəbərlər, Sağlıq
Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Şahbuz rayonu ərazisindəki Qanlıgöl yaylağında olub, burada şərurlu fermerləri və onların ailə üzvlərini müayinə ediblər.

Yaylaq sakinlərinə yay aylarında yoluxa bilən xəstəliklər, qida zəhərlənmələri, həşərat və ilan sancmaları zamanı göstərilən ilk tibbi yardımlar barədə məlumatlar verilib.

Aşkar olunan xəstəliklərin müalicəsi üçün dərmanlar təyin edilib. Onlara bir sıra tibbi yardım ləvazimatları, mədə-bağırsaq və başqa xəstəliklər zamanı istifadə olunan dərmanlar paylanıb. Həmçinin obalarda dezinfeksiya işləri də aparılıb.

Qeyd edək ki, oba sakinləri üçün ərzaq və digər lazımi məhsulların satışı da təşkil olunub.
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed