11.07.2012 [11:55] - Gündəm
İran İslam Respublikasının təhsil naziri Həmidrza Babayi iyulun 11-də Azərbaycana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilir ki, Qoşulmayanlar Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirakla əlaqədar İran prezidenti Mahmud Əhmədinejad tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu təqdim etmək üçün iyulun 11-də Bakıya səfər edəcək H. Babayi səfər çərçivəsində Azərbaycan prezidenti ilə görüşəcək.Nazirin Azərbaycan digər dövlət rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1304 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |