18.08.2018 [10:09] - Gündəm, Hadisə
Venesuelanın cənubunda Amasonas ştatında çayın daşmasından on minlərlə insan zərər çəkib. Bu barədə “El Nacional” qəzeti ölkə parlamentinin deputatı Romel Quzamanaya istinadla məlumat yayıb.
TASS informasiya agentliyi xəbər verir ki, deputat daşqınlar nəticəsində 60 mindən çox insanın zərər çəkdiyini deyib. O qeyd edib ki, yaranmış vəziyyətlə bağlı hərtərəfli tədbir görmək lazımdır. Kömək göstərilməsi barədə xahiş üçün Kolumbiya səfiri ilə görüş keçirilib. Deputatın sözlərinə görə, regionun rəhbərliyi böhranın öhdəsindən gələ bilmir və ştatda fövqəladə vəziyyət rejimi elan edilməlidir.
Ölkənin mülki müdafiə xidmətinin məlumatına görə, təbii fəlakət zonasına 20 mindən çox xilasedici göndərilib, su altında qalmış ərazilərin sakinləri üçün sığınacaqlar yaradılıb.

Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |