Şrift:
Yaponiyada Şərqi Asiyanın ən böyük teleskopu istifadəyə verilib
18.08.2018 [10:38] - Xəbərlər, Bildiriş
Kioto Universitetinin tədqiqatçılar qrupu tərəfindən təkcə Yaponiyada deyil, eyni zamanda bütün Şərqi Asiyada ən böyük teleskop istifadəyə verilib.

NHK telekanalı xəbər verir ki, Yaponiyanın qərbində, Okayama prefekturasındakı dağın zirvəsində yerləşən “Seimei” teleskopu jurnalistlərə təqdim olunub. Teleskopun diametri 3,8 metrə bərabərdir.

Alimlərin həmin teleskopu yaratmaqda məqsədi beynəlxalq layihələrə yönəldilən ən böyük teleskoplardan fərqli olaraq, müstəqil tədqiqatlar aparmaqdır. Onlar məsrəfləri azaltmaq üçün teleskop üçün orijinal hissələr də düzəldiblər.

Tədqiqatçıların əsasən qara dəliklərin əmələ gəlmə və ən yeni ulduzlarda partlayışların başvermə səbəblərinin araşdırılması ilə məşğul olacaqları bildirilir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed