20.08.2018 [09:28] - Xəbərlər, İslam dini
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar “Taliban” yaraqlılarına qarşı atəşkəs elan edib. Bu barədə Əfqanıstan Prezidenti Twitter səhifəsində yazıb.
Yerli 1TV telekanalı xəbər verir ki, “Taliban” rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyən Məhəmməd Əşrəf Qani atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.
Atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək.
“TOLO News” portalının məlumatına görə, “Taliban” Əfqanıstan Prezidenti tərəfindən birtərəfli atəşkəsin elan edilməsinə hələ cavab verməyib. Ancaq əsir götürülən yüzlərlə insanın azad ediləcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün öncə “Taliban” yaraqlılarının nümayəndəsi Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildirmişdi.

Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |