Şrift:
Sankt-Peterburqda azərbaycanlılarla taciklər arasında qarşıdurma baş verib, 2 nəfər ölüb
11.07.2012 [14:10] - Gündəm, Diaspor
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla taciklər arasında qarşıdurma baş verib. Rusiya Prokurorluğunun İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, iyulun 10-da gecə şəhərin Nevsk rayonunda azərbaycanlılarla taciklər arasında oynanan futbol matçından sonra tərəflər arasında münaqişə yaranıb. Bıçaqlar və dəyənəklərdən istifadə olunmaqla başlayan dava-dalaş zamanı müxtəlif bədən xəsarətləri alan 2 Tacikistan vətəndaşı ölüb. Daha 6 nəfər yaralanıb. Fakt üzrə təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 1730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed