Şrift:
Türkmənistanda Aral dənizinin problemləri müzakirə olunur
25.08.2018 [10:54] - Gündəm, Türk dünyası-Turan
Türkmənistanın Avaza Milli Turizm Zonasının Konqres Mərkəzində Aralı Xilasetmə Beynəlxalq Fondunun təsisçilərinin – dövlət başçılarının Sammiti keçirilib.

Orta Asiya ölkələrinin rəhbərləri - Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak etmək üçün Türkmənbaşı şəhərinə gəliblər.

Beştərəfli tərkibdə keçirilən görüşdə beynəlxalq əməkdaşlığın hazırkı vəziyyəti, qarşılıqlı təcrübə mübadiləsi və Aral dənizinin problemləri üzrə birgə fəaliyyətin perspektivləri ilə bağlı məsələlər, regional gündəmdə bir sıra ən əhəmiyyətli və müvafiq mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Sammitdə qlobal iqlim dəyişikliyi kontekstində Aral dənizinin ekologiyasının yaxşılaşdırılması üçün birgə proqramlar təqdim ediləcək və rəsmi kommunike imzalanacaq.

Xatırladaq ki, Aral dənizi 1960-cı ildə dünya sahəsinə görə dördüncü göl sayılırdı. Son 40 ildə gölün sahəsi iki dəfə kiçilib, suyun səviyyəsi 18 metr aşağı düşüb. Göldə suyun duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovuraraq hətta uzaq yaşayış məntəqələrinə tökür və beləcə ekoloji fəlakət zonası yaranır.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed