Şrift:
Azərbaycanın genafondunu məhv edən içkilər - ARAŞDIRMA
12.07.2012 [01:19] - Sağlıq
Energetik içkilər baş və ürək ağrısı, qaraciyərin sıradan çıxması , sinir sisteminin pozulması, yaddaşsızlıq, cinsi zəiflik, genetik pozğunluq kimi xəstəliklər yaradır.

Dünyanın bir çox ölkələrində reklam olunması və satışı qadağan olunan bu içkilər Azərbaycanda surətlə yayılır. Bu içkilərə isə ən çox gənclər meyl göstərirlər. Lakin bu gənclər bu içkilərin yaratdıqları fəsadları düşünmürlər. Azərbaycanda müxtəlif kampaniyalar vasitəsi ilə reklam onun bu içkilərin ziyanından, yaratdıqları fəsadlardan heç kim söhbət açmır. Çünki bu içkilərin satışı yaxşı gəlir gətirir, əhalinin sağlamlığı isə heç kimi maraqlandırmır. Almaniya, Danimarka, ABŞ, Fransa, Avstraliya, Çin, və bir çox ölkələrdə “RedBull”,“Troyka”, “Yaguar”, “Revo” və “XXİ” kimi içkilərin satışına qadağa qoyulsa da, Azərbaycan da bu içkilər baha qiymətə satılmağa davam edir.
Qırmızı öküz”, “Akula”, “Yarasa”, “Dinamit”, “100 Kvt ”, “Yaquar” bu içkilərin adlarının Azərbaycan dilinə tərcüməsidir. Bu adların özü insan psixologiyasına təsir edir. İnsanda dəhşət aşılayır. Belə içkilərin istehsalçıları bildirirlər ki, energetik içkilər insanın yuxususunu qaçırır ve onun əmək qabiliyyətini artırır. Ancaq əslində vəziyyət tam başqadır. Belə içkilər insan psixologiyasına təsir göstərir.

Azərbaycan Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədovla əlaqə saxladıq və onun Azərbaycanda energetik içkilərin surətlə yayılması barədə düşüncələrini öyrəndik. D. Məmmədov bildirdi ki,ANS-in “Salam Azərbaycan” verilişinə zəng etmişəm ki, gəncləri yoldan çıxartmaq lazım deyil. Mənə deyiblər ki, bizlik deyil. Reklam şöbəsində isə bildirdilər ki, biz reklamla yaşayırıq. Daha sonra ANS televiziyasının rəhbəri Vahid Mustafayevə iyunun 12-də “Enerjik içkilərin insanlarda, xüsusilə də gənclədə yaratdıqları fəsadlar”mövzusunda məktub göndərmişəm.Təəssüflər olsun ki, hələ də məktubuma cavab verilməyib. V. Mustafayevə “pul qazanmaq məqsədi ilə gənclərin sağlamlığına xələl gətirməyin” adlı ikinci məktubu yazıram.

Daha sonra ekspert energetik içkilərin yaratdığı fəsadlardan danışdı:

“Dünyanın bir çox ölkələrində, Almaniya, Danimarka, Fransa, Avstraliya, Çin, Yeni Zelandiya və ABŞ-ın bir neçə ştatında “RedBull”,“Troyka”, “Yaguar”, “Revo” və “XXİ” kimi içkilərin satışına və reklamına qadağa qoyulub. Rusiyada gənlər bu içkiləri qəbul etdikdən sonra ölüblər.
Şəhərin mərkəzində “Yaguar”-ın rus dilində reklamı vurulub. Üzərində isə “18 yaşına qədər gənclərə içmək olmaz” yazılıb. Əsasən, bu içkilər gənclər üçün nəzərdə tutulub. Guya enerji yaradır. Bu yalandır. Reklam xatirinə deyilən sözlərdir.Tərkibində spirt olduğu üçün bunları qəbul edən insanlar özlərini yüngülləşmiş hiss edirlər. İki cürdür bu içkilər: birinin tərkibində alkoqol, digərinin tərkibin də isə kokoin var. Kokoin təyziqi qaldırır, gənclərin psixologiyasını pozur. Bunun tərkibi haqqında da məlumat verilmir. Energetik içkilərin uşaqların, hamilə qadınların və ürək-damar sistemi xəstəliyindən əziyyət çəkən insanların qəbul etməsi qəti qadağandır! İçdikdən sonra enerji yüksəkliyi hiss etməniz sadəcə süni enerji artımıdır. Süni enerji artımı isə təbii enerji resurslarını məhv edərək sizin orqanizminizin zəifləməsinə gətirib çıxarır”.

Qeyd edək ki, enerji içkisi Vyetnamda vuruşan əsgərlərin döyüş ruhunu artırmaq üçün 1960 –cı illərdə Amerika Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.Sovet Ordusu döyüş qabağı əsgərlərə 100 qram spirt verirdi, Amerikada isə bu kimyəvi içkini verirdilər. Bu içkini içən əsgərlərdə baş ağrısı, ürək ağrısı, qara ciyər ağrısı, sinir sisteminin pozulması, başlarında şişlər əmələ gəlməyə başladı. Bundan sonra ABŞ Müdafiə Nazirliyi bu içkinin əsgərlərə verilməsinə qadağa qoyub.

Könül İbrahim/"Vətəninfo"/
Bu xəbər oxucular tərəfindən 2596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed