Şrift:
Türkiyədə “Bir millət, iki dövlət” layihəsi çərçivəsində konsert keçirilib
12.07.2012 [09:33] - Türk dünyası-Turan
Azərbaycan Dövlət Rəqs Ansamblı Türkiyənin Yahyalı qəsəbəsində geniş proqramla çıxış edib.

Sözügedən layihə çərçivəsində Azərbaycan, Qazaxıstan və Sloveniyanın folklor qruplarının ifasında milil rəqslər təqdim olunub.

Məlumata görə, Kayseri bölgəsinin Yahyalı qəsəbəsindəki Cumhuriyyət Meydanında təşkil olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd olunur ki, konsertdə Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən “Bir millət, iki dövlət” mahnısı uzun müddət alqışlanıb.

A.Zeynalov
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed