27.08.2018 [16:38] - Gündəm, DAVAMın yazıları
Gedəcəyim ünvanı taksi sürücüsünə deyəndə, çöhrəsində ilıq bir təbəssüm hiss elədim və dərhal da özü istiqaməti göstərərək dedi:- Hə müəllim, qağamın, şairin adına olan məhəlləni deyirsən, səni düz ora aparacağam, mən də Dərələyəzdənəm, bizim tərəflərdə Vahid Əzizi tanımayan yoxdu, hamı onun şeirlərinin dəlisidir. –Az qala yadımdan çıxmışdı müəllim, sırağagün baxdın də qağam “Bakı gecələrin”də, nə gözəl şeirlərini oxudu, işdən sonra evə çatmışdım ki, gördüm uşaqlar bir nəfər kimi evdə oturub şairin verilişinə qulaq asırlar. Mən də nəfəsimi dərmədən televizorun ətrafında əyləşdim, şairin şeirlərini dinlədikdən sonra elə bildim ki, vallah heç bu gün işləməmişəm, o qədər rahatçılıq tapdım evdə, uşaqlar da onun şeirlərini çox sevirlər. Taksi sürücüsünün dediyinə görə indi bu məhəllədə çoxlu gənc ailələr yaşayırlar və şairin adına adlandırdıqları bu məhəllədə özlərini çox xoşbəxt və firavan hiss edirlər. Vahid Əziz məhəlləsinin yaranma tarixi ilə maraqlanırıq, çatdığımız ünvanda-Binəqədi rayonu ərazisində “Heydər məscidi”nə yaxın salınan bu yerdə uşaqdan böyüyə hamı nikbindir. Cavan bir ailə başçısı ilə söhbətimizdən aydın olur ki, bu ərazidə yaşayan cavan ailələrdən biri günlərin bir günü Vahid Əzizə telefon açıb onunla haləhvaldan sonra aldıqları torpaq sahəsində yaşamaq üçün ev tikmək istəyirlər. Bu minvalla bu cavan ailənin ev tikməsinə bəzi qurumlar maneçilik törətmək istəyirlər. Bu anda bu cavan ailə Vahid Əzizə müraciət edir, şairlə görüşürlər. Şair cavan ailənin problemlərini dinlədikdən sonra dərhal Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova telefon açır və məsələnin nə yerdə olduğunu, başçıya anladır. Bir neçə gündən sonra Vahid Əziz Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunur, onu çox səmimiyyətlə qəbul edən Xaləddin İsgəndərov şairin bir gənc ailənin aldıqları torpaq shəsində ev tikmək icazəsini həll edib, başçıya öz təşəkkürünü bildirərək oradan ayrılır. Həmin cavan ailə bu dəstəkdən, köməkdən, qayğıdan məmnun olaraq həmin ərazidə özlərinə gözəl bir ev tikib, halhazırda firavan həyatlarını yaşamaqdadırlar. Bu cavan ailə kimi başqa ailələr də burada yeni salınan “Vahid Əziz” məhəlləsində yaşamaqdadırlar.
Sağlığında adına məhəllə salınan və adlandırılan Vahid Əziz bir şair kimi, bir vətəndaş kimi öz həmfikirlərindən çox fərqlənən, sözünü boyatımamış deyən, vətənini, millətini həmişə uca tutan şairlərdəndir. Onun xeyirxahlığı nəticəsində çox evlərdə çıraqlar gur yanmağa başlayıb. İndi sözü, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edən şairlər,yazıçılar barmaqla sayılacaq dərəcədədir. Vahid Əziz bir şair kimi millətin, xalqın taleyiyüklü məsələlərindən həmişə öndə olur, baxmayaraq ki, ona olan soyuq “şimal küləyi” əsməkdədir. Tükənməz xalq, millət sevgisi olan şairə bu soyuq münasibətin haradan qaynaqlandığını düzü anlaya bilmirik. Çünki, şairin heç bir fəxri adı yoxdur, kitabları, tərcümələri dövlət mükafatına təqdim olunmur, şairə qarşı bu gündə də soyuq münasibət davam edir. Buna nə ad vermək olar, ədəbi qısqanclıqmı,? – paxıllıqmı? – idarəetmə mədəniyyətində düşüncəsizlikmi?...
Yaltaqlıqlığın, məddahlığın tüğyan etdiyi bir cəmiyyətdə, düşüncəsi axtalanmış , idarəetmə səriştəsinin geni dəyişdirilmiş “rusca düşünən azərbaycanca qərar verən”, “sapı özümüzdən olan mədəniyyət xədimlərinin , kütbeyin, vətənsiz, millətsiz məmurların ölkədə apardığı yarıtmaz siyasət Vahid Əziz kimi ürəyində böyük Azərbaycan sevgisi olan böyük bir şairimizin yaradıcılığını layiqincə qiymətləndirməməsi əlbəttə insanlığa sığmayan təhlükəli bir vərdişdir. Bəli vərdişdir!- ona görə vərdişdir ki, əslində səlahiyyəti olan əksər məmur tayfası insanların ( lap elə şairlərin) haqqını danır, onların vətən, xalq, millət qarşısındakı xidmətlərinə göz yunmaqla özlərini görməməzliyə vurub, əsl xalq tərəfindən seçilən və sevilən şairlərin haqqını, xidmətini danırlar. Bu sahədə mədəniyyət nazirliyinin bu nazirliyin mədəni siyasətini həyata keçirən “mədəniyyət məmurlarının “ – günahı yetərincədir. Bir dəfə bu nazirliyə ayağım düşmüşdü, qapıdan içəri girən kimi əksər adamların rus dilində lopbaz-lopbaz, ədəbazlıqla, özündən müştəbeh şəkildə danışdıqlarının şahidi oldum. Öz-özünə təəssüf hissi keçirərək, dərhal buranı tərk etdi. Belə stuasiyalarda adamın az qala ürəyi partlasın ki, ayə sizə kim əmir verib, və ya yaxud kimin xoşuna gəlmək üçün belə dəridən- qabıqdan çıxırsız. Sizə və sizin kimlərə bəs etmədimi başımıza gələn və gətirilən faciələr. Ulu Mirzə Ələkbər demişkən:
Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir hər millətə.
Gəlin məmurlar! –bu Vətənin, millətin gələcək taleyini düşünək və çıxış yolları axtaraq.Necə edək ki, milli düşüncənin, milli əxlaqın əleyhinə getməyək. Bu düşüncənin daşıyıcıları Vətəni tərk edib, qürbətə üz tutmasınlar. Öz bilik və bacarıqlarını, gələcək nəslə sərf etsinlər. İndiki şəraitdə nə çoxdur üzünü qürbətə tutub gedən “Vətən deyən ozanlarımız”…
Sonda yenə qayıdaq Vahid Əziz məhəlləsinə. Düşüncə etibarı ilə bəzilərinə elə gəlir ki, xalqın, millətin ürəyinə girən Vahid Əziz kimi insanları buradan çıxarmaq asan məsələ deyil. Xalqın, millətin inam, poetic yaddaşı əsrlərlə ölçülür. Biz inanırıq ki, getdiyimiz Vahid Əziz məhəlləsi günü-gündən böyüyəcək, inkişaf edəcək, fidan, körpə balalar şairin misralarını zümzümə edə-edə bu məhəllədə estafeti özlərindən sonra gələcək nəsillərə ötürəcəklər.
Məmləkətin, zamanın, Azərbaycanın böyük şairi, həmişə haqqa söykənən, haqqa dayanan ürəyində qürbətdə də Azərbaycan sevgisi gəzdirən Vahid Əziz, indi ömrünün ixtiyar çağını yaşayır. Şeirləri, nəğmələri Türkdilli respublikaları dolaşa-dolaşa okeanın o tayına yan almaqdadır. Bizə elə gəlir ki, böyük şair, böyük ədəbiyyat adamı olmaq üçün okeanda balina olmalısan. Əks təqdirdə “köpək balıqları” ilə zəhərlənmiş dünyada həmən okeanın dibinə çökə bilərsən.
Vəli Səmədli
AJB-nin üzvü

Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |