Şrift:
Rusiya tarixinin ən irimiqyaslı manevrinə hazırlaşır
30.08.2018 [09:44] - Xəbərlər, Hərb
Rus ordusu Sovet dövründən sonra ilk dəfə bu qədər irimiqyaslı hərbi təlim keçirmək üçün hazırlaşır.

Rusiya müdafiə naziri Sergey Şoygu, Sibirin Abakan şəhərində, "Vostok-2018" adlı manevrə dair verdiyi açıqlamada: 1981-ci ildəki "Zapad-81" manevrindən sonra Rusiya ilk dəfə ən irimiqyaslı və yüksək iştirakın olacağı hərbi təlim keçirəcək. Manevrə təxminən 300 min əsgər və mindən çox hərbi texnika qatılacaq”-deyə nazir vurğulayıb.

Şoygu bildirib ki, ölkənin şərq və mərkəz ərazilərindəki hərbi bölgələrdə ediləcək manevrdə, Şimali Fleet, Pacific Fleet və bütün hava qüvvələri ünsürləri iştirak edəcək.

Sentiyabrın 11-15-i tarixlərində Rusiyanın şərqində və sibirdə keçiriləcək manevrdə Çin və Monqolustanda hərbi ünsürlər qatılacaq.

Qeyd edək ki, keçən il Rusiyanın Belarus ilə birgə Avropa sərhədlərinə yaxın ərazilərdə həyata keçirdiyi "Zapad (Qərb) -2017" manevrdə rəsmi olaraq 12 min 700 əsgər iştirak etmişdi. NATO isə həmin manevrdən etiraz etmiş və açıqlanandan daha çox hərbçinin iştirak etdiyini irəli sürmüş və NATO-nun yeni bir soyuq müharibə istəmədiyini bildirmişdi. Manevr, Polşa, Litva və Ukrayna tərəfindən də reaksiya ilə qarşılanmışdı. TRT
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed