Şrift:
Okinava prefekturasının administrasiyası ABŞ hərbi bazasının köçürülməsi üçün icazəni geri götürüb
01.09.2018 [10:42] - Gündəm, Hərb
Okinava prefekturasının hakimiyyət orqanları Naqo şəhərinin sahil rayonunda ABŞ dəniz piyadaları üçün yeni aviabazanın tikintisi ilə bağlı torpaq işlərinə icazəni geri götürüb.

NHK telekanalı xəbər verir ki, bu addımın atılmasında məqsəd ölkənin mərkəzi hakimiyyət orqanlarının ərazidə apardığı torpaq işlərinin qarşısını almaqdır.

Torpaq işlərinin məqsədi ABŞ dəniz piyadaları korpusunun Qinovan şəhərində yerləşən Futemma bazasından daha az əhalinin yaşadığı Henoko rayonuna köçürməkdir.

Avqustun 31-də prefekturanın administrasiyası Müdafiə Nazirliyinin regional bürosuna bu barədə xəbərdarlıq göndərib.

Administrasiyanın nümayəndələri bildiriblər ki, həmin qərar avqustun 8-də xərçəng xəstəliyindən vəfat edən sabiq qubernator Takeşi Onaqanın iradəsinə müvafiq olaraq qəbul edilib.

Prefekturanın qərarını şərh edən müdafiə naziri İtsunori Onodera kütləvi-informasiya vasitələrinin nümayəndələrinə deyib ki, administrasiyanın bu addımı dərin təəssüf hissi doğurur. Belə ki, Futemma bazasının yaratdığı təhlükənin ləğv edilməsi daha çox insana fayda gətirə bilər.

Nazir, həmçinin bəyan edib ki, nazirliyin Okinavadakı bürosu qərarın hüquqi əsaslandırılmasını dərindən təhlil edərək növbəti hüquqi addımlar atacaq.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed