Şrift:
Bu il nə qədər əsgər itirmişik? – Statistika
12.07.2012 [14:38] - Hərb
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 48 nəfərdir.

İtkilərin 10-u döyüş, 35-i qeyri-döyüş itkisidir. 2 nəfərin mina partlayışının qurbanı olduğu, 1 nəfərin əməliyyatda həlak olduğu bildirilir. Dünyasını dəyişənlərin 42-si Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu olub.
Son itki iyulun 11-i Şəmkir hərbi birləşməsinin N hərbi hissəsində qeydə alınıb. Azərbaycan ordusunun əsgəri Çingiz Bədəlovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Saleh Valeh oğlu Qorodayevə dəyib. Saleh Qoradayev aldığı xəsarətdən vəfat edib.
Bu xəbər oxucular tərəfindən 1840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed