Şrift:
Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter qəzaya uğrayıb
03.09.2018 [09:35] - Gündəm, Hərb
Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter qəzaya uğrayıb.

RİA Novosti agentliyi xəbər verir ki, qəza zamanı helikopterdə olan 10 sərnişin və 2 ekipaj üzvü ölüb, iki nəfər isə sağ qalıb.

Bildirilir ki, “Valan International Cargo Charter” şirkətinə məxsus helikopter Məzari-Şərif şəhərindəki aviabazadan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed