03.09.2018 [15:48] - Gündəm, İslam dini
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) korporativ loqosunun hazırlanması üçün iyulun 26-da elan edilmiş müsabiqə yekunlaşıb.
Aİİ-dən bildiriblər ki, sentyabrın 3-də müsabiqənin qalibi mükafatlandırılıb.
Qeyd olunub ki, institutda korporativ loqonun müəyyənləşdirilməsi üçün bu elm müəssisəsində komissiya təşkil edilib.
Komissiyanın iclasında loqo nümunələri təqdim edilib və müzakirələr aparılıb.
Komissiya üzvlərinin yekdil rəyinə görə, Könül Məmmədzadənin hazırladığı loqo Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və məramını daha yaxşı əks etdirib. Belə ki, multikulturalizmi və tolerantlığı əks etdirən loqonun tam mərkəzindəki əlləri səmaya yönələn “insan” simvolu Tanrı ilə ünsiyyəti, “kitab” elmin əsas qaynağını, “zeytun budağı” isə sülhü və mənəviyyatı ifadə edir.
Beləliklə, loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən K.Məmmədzadəyə institut tərəfindən mükafat təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |