13.07.2012 [10:58] - Gündəm
İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani barədə ətraflı məlumat almaq üçün Lent.az-ın İslam Respublikasına jurnalistlərin göndərilməsi ilə bağlı təşəbbüsünə İran səfirliyindən reaksiya verilib. Göndərilən müraciət İranın Azərbaycandakı səfirinə çatdırılıb. Bu barədə Lent.az-a səfirliyin mətbuat xidmətindən bildirilib. Səfirlikdən deyiblər ki, səfərə getmək istəyən jurnalistlər mütləq “mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma”nı doldurmalı və sənədi səfirliyə təqdim etməlidirlər. Həmin forma isə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi saytında, iranembassy.az saytında yerləşdirilib.
Həmin saytın “Kommunikasiya və mətbuat” linkinə daxil olub formanın surətini əldə etmək mümkündür.
Xatırladaq ki, Lent.az bir neçə gün əvvəl bu il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Geraninin (Hacızadə) həbsi ilə bağlı jurnalist araşdırması aparmaq üçün bu ölkəyə getmək barədə İranın Azərbaycandakı səfirliyinə müraciət edib. Müraciətdə bildirilib ki, hadisədən 2 aydan çox keçməsinə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı səfirliyinin, Təbrizdəki konsulluğunun gərgin çalışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrinin müraciətlərinə, həbs olunan gənclərin valideynlərinin xahişlərinə baxmayaraq, İran rəsmi qurumları bu müddətdə Azərbaycan tərəfinə heç bir konkret məlumat verməyib. Şairlər müxtəlif cinayətlərdə suçlansa da, İranın dövlət qurumları bu barədə məlumat yaysa da, konkret və inandırıcı heç bir cinayət əməli barədə söhbət açılmır.
Bu müddət ərzində gənclər bir neçə dəfə evləri ilə danışmaq imkanı əldə ediblər. Amma yenə də hansı səbəbdən həbs olunmalarına tam aydınlıq gəlməyib.
Lent.az eyni zamanda təşəbbüs müəllifi kimi digər KİV-lərə və həmkarlarımıza müraciət edərək bu təşəbbüsə qoşula biləcəklərini bildirib.
Redaksiyamız səfərin təşkili ilə bağlı hüquqi və digər prosedurların həyata keçirməsinə şərait yaratmaq üçün İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edərək bu məsələdə dəstəkçi olmasının zəruriliyini də qeyd edib.
Lent.az-ın təşəbbüsünə müxtəlif KİV-dən dəstək gəlib. APA İnformasiya Agentliyi, “Salamnews” İnformasiya Agentliyi və “Yeni Müsavat” qəzeti əməkdaşlarını İrana ezam etməyə hazırdır. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət edəcək.

Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |