05.09.2018 [10:01] - Gündəm, Türk dünyası-Turan
Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.
"Sabah" qəzetinin çərşənbə günü yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
"Orada [İdlibdə] təqribən 3,5 milyon əhali var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atır. Lakin bu əraziyə raket düşməyə başlasa, ciddi şəkildə qan töküləcək, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq", - deyə o bildirib.
Türkiyə lideri əlavə edib ki, Ankaranın Rusiya və İranla əməkdaşlığı İdlibdə fəlakətdən yayınmağa kömək edə bilər və hazırda Rusiya ilə qarşılıqlı fəaliyyət çox vacibdir.
Bundan əlavə, Türkiyə lideri sentyabrın 7-d Tehranda keçiriləcək üçtərəfli Suriya sammitinin müsbət nəticələnəcəyinə ümid bəsləyir.

Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |