Şrift:
Həkimlərin orduya çağırılması - Cümhuriyyət dövründə necə idi?
05.09.2018 [10:04] - Xəbərlər, DAVAMın yazıları
Demokratik respublika qurmağı qarşısına prinsipial məqsəd kimi qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da 2018-ci ilin Cümhuriyyət ili elan olunduğundan Enter.News hər həftənin şənbə və bazar günləri Cümhuriyyət parlamentində olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağa qərar verib.

Yazının davamını bu linkdən oxuyun

Qırx doqquzuncu iclas

19 iyun 1919-cu il

Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski.

İclas açılır saat 12.23 dəqiqədə

Rəis - İclas açılır. Bugünkü müzakireyi yomiyyə bu qərar ilə tərtib olunubdur:

1 - Təbiblərin orduya çağırılması haqqında layiheyi qanuniyyə; 2 - Təbiblərin və baytarların yeni maaşları haqqında layiheyi qanuniyyə; 3 - Gəlir vergisindən azad olan varidat miqdarının artırılması haqqında layiheyi qanuniyyələr (Əbdüləli bəy); 4 - Maliyyə nazirinə 2-ci müavin təyini haqqında layiheyi qanuniyyə; 5 - Yer və tövci vergilərinin artırılması ilə bərabər topraq gəlir, məxaric smetasının və topraq vergisi miqdarının 1919 sənəsinə təmdidi haqqında layiheyi qanuniyyə, (məruzəçi - Rza bəy Ağabəyzadə); 6 - Məclisi- Müəssisan seçkiləri haqqında layiheyi- anuniyyə (2-ci qiraəti - Məruzəçi Məmməd Əmin Rəsulzadə); 7 - Hökumət indində xüsusi təftişat, təhqiqat komisyonunun təşkili haqqında layiheyi qanuniyyə (məruzəçi Şəfi bəy Rüstəmbəyzadə) 8 - Erməni fraksiyasının daxiliyyə nəzarətinə kilsədə iyun 11-də təhfi haqqında sualı; 9 - Daxil olmuş kağızlar, o cümlədən: a) Əlenul və onun məhsulat aksiz vergisi miqdarının artırılması haqqında layiheyi-qanuniyyə; b) Xəzinə, yerli kilsə haqqında və monastır hüququ, şəxsi və xüsusi topraqların, topraq komitələrinə verilməsi haqqında layiheyi qanuniyyə; v) Ermənistan cumhuriyyətində bulunan müsəlman qaçqınlarına yardım üçün 3 milyon manat buraxılması haqqında layiheyi qanuniyyə;

q) Zəngəzur qəzasına yardım etmək üçün ümuri-xeyriyyə və nafiə nəzarətinə 18.750.000 manat buraxılması qanunu.

Daxil olmuş kağızlardan 1-ci, 2-ci, 5-ci və 7-ci ləvayehi qanuniyyə komisyonuna gedir. 3-cü və 4-cü maliyyə və büdcə komisyonuna gedir. Sonra hökumətin təklifinə görə Dağıstan cumhuriyyətində maarif naziri Rəşid bəy Kaplanov kabinəyə dəvət edilir, qəbul da etmişdir, bunu parlamana məlum edirəm. Fətəli Xan Xoyski məlum edir ki, mövcud fraksiyaların heç birinə daxil olmayır, tək qalır. Keçən iclasda komisyonlara seçki oldu, lakin bir nəticə vermədi. Artıq səs alan Məmmədbağır Şeyxzamanov olub, halbuki o torpaq komisyonunda vardır.

Görünür ki, sevən seçilibdir. Xahiş edirəm, komisyonlara təzədən üzv seçəsiniz. Bir də təklif var ki, Oruc bayramı yaxınlaşmağa görə 10 günü tətil edilsin, divanirəyasət təklif edir ki, tətil olsa da iyunun 24-dən iyulun 5-nə kimi olsun. Bu gündən tətil olsa, o zaman tətilin son günü bayrama düşər. Əgər 24-dən olarsa, onda bayram günü ən əziz günümüzdür tətilin tən ortasına düşür. Əgər bunlara və tətil təklifinə etiraz yoxsa, qəbul olunur. (Rusca).

Növbədəki məsələ təbiblərin orduya çağırılması haqqında layiheyiqanuniyyədir. Təcili surətə baxılması üçün bu barədə iki adama söz verəcəyəm, ləhinə və əleyhinə. Kim qəbul edir təcili surətdə baxılmasına, əlini qaldırsın. Əksəriyyət rəylə təcili surətdə baxılması qəbul olunur. Məruzəçi Musa bəy Rəfibəyov.

Rəfiyev Musa bəy - Möhtərəm məbuslar (Oxumağa başlayır). Qanun, hərbiyyə nəzarəti tərəfindən təklif və təcili surətdə baxılıb qəbul edilməsi xahiş olunur.

Rəis - Layiheyi qanuniyyənin əsasları üzərində kim danışmaq istərdi. İstəyən vərəqə ilə yazıb versin. Danışmaq istəyən yoxmu? Aşurov ağa, buyurunuz.

Aşurov - Həkimlərin yaşını 45-də tamam edirlər. 45 yaşından yuxarı olanlar çağırılmırlar. Guya 45-dən yuxarı olanlar lazım deyilmiş. Mən istədim bilim ki, nə səbəbə görə dayanıblar. Statistika iləmi götürüblər ki, ancaq 45 yaşına qədər olsun, artıq olmasın. Əvvəl cavanları, sonra qocaları. Mən bilən o deyil. Statistika olmayıb götürüb istəyiblər ki, 45-ə kifayət etsinlər. Mən deyirəm ki, əstəğfürullah, cavan həkimlər qocalardan təcrübəsiz olurlar. Ancaq aşkar şeydir ki, nə qədər həkimlikdə təcrübə çox olsa, o qədər artıq mənfəət verər. Nə qədər biliyi çox olsa, nəfi bir o qədər artıq olar. Ona görə mən deyirəm ki, mühüm olan bu əsgərlik işində ən təcrübəli və yaxşı həkimlər kömək versinlər. Bu mülahizə ilə də 45 yaşı sərhəd qoymağı məsləhət görmürəm. Buna görə bu bir sərhəd qoymaq lazım gəlsə belə qoymalıdır ki, o həkimlər ki, işləyib pul qazana bilərlər, onlar getsinlər. Amma o həkimlər ki, qocalıblar, özləri üçün də işləyə bilmirlər, onlar millət işindən azad edilsinlər. Əgər sərhəd qoyursanızsa, mənim təklifim belədir.

Rəis - Sırada natiq olmadığı üçün son söz məruzəçinindir.

Rəfiyev - 45 yaş qoyulması bu əsas üzrə olubdur ki, hər bir yerdə belə görünüb, hər kəs birinci iyirmi il millətə xidmət etməyə borcludur. Əgər 25 yaşında darülfünun qurtarır isə iyirmi sənə işləməyə borcludur ki, bu da eylər 45 və bir də həkimlər tez qocalırlar. Ona görə onlar məcburi 45 olub. Hər yerdə hər kəsin, xüsusən ziyalıların borcudur 20-25 il məmləkətə-cəmaətə xidmət etsin. Bu nöqteyi nəzərdən başqa sinifləri 42, həkimləri 45 götürüblər. Bu köhnə üsuldan böylədir, biz də bunu qəbul etmişik. Hərgah altmış yaşlı həkim də getmək istəsə, mane yoxdur. Qəbul olunur. Lakin məcburu olmaq üzrə 45 yaş götürülübdür. Ona görə komisyon 45 yaşı etməyi təklif edir.

Rəis - Layiheyi-qanuniyyənin ikinci qiraətinə keçmək məsələsini səsə qoyuram. Kim layiheyi-qanuniyyənin ikinci qəraətinə tərəfdardırsa, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə layiheyi-qanuniyyənin ikinci qiraətinə keçilir. (Katibə). Mehdi bəy oxuyunuz.

Katib - Layihənin birinci maddəsini oxuyur.

Rəis - Əvvəlinci maddə xüsusunda kim danışmaq istəyirdi? Danışmaq istəyən yoxsa, səsə qoyuram. Əvvəlinci maddəni kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın (Əllər qalxır). Əvvəlinci maddə əksəriyyət ilə qəbul olunur. İkinci maddəni oxuyunuz.

Katib - 2-ci maddəni oxuyur.

Rəis - Kim danışmaq istəyirdi ikinci maddə xüsusunda? Səsə qoyuram. İkinci maddəni kim qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). İkinci maddə əksəriyyət ilə qəbul olunur. 3-cü maddəni oxuyunuz.

Katib - 3-cü maddəni oxuyur.

Rəis - 3-cü maddəni səsə qoyuram. Danışmaq istəyirsinizmi? 3-cü maddəni kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə əksəriyyət rəylə qəbul olunur. 4-cü maddəni oxuyunuz.

Katib - 4-cü maddəni oxuyur.

Rəis - 4-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 4-cü maddə əksəriyyət rəy ilə qəbul olunur. 5-ci maddəni oxuyunuz.

Katib - 5-ci maddəni oxuyur.

Rəis - Danışmaq istəyən yox isə 5-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. 5-ci maddə əksəriyyət rəy ilə qəbul olunur. 6-cı maddəni oxuyunuz.

Katib - (6-cı maddəni oxuyur).

Rəis - 6-cı maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 6-cı maddə əksəriyyət səs ilə qəbul olunur. Keçirəm layihənin üçüncü qiraətinə. (Katibə) Mehdi bəy bir də oxuyunuz.

Katib - Layihəni dübarə başlayıb birinci maddəsini oxuyur.

Rəis - Əvvəlinci maddəni səsə qoyuram. Qəbul edən əlini qaldırsın. (Əllər qalxır). Əvvəlinci maddə əksəriyyət ilə qəbul olunur. İkincini oxuyunuz.

Katib - 2-ci maddəni oxuyur.

Rəis - 2-ci maddəni səsə qoyuram. Qəbul edənlər, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 2-ci maddə əksəriyyət rəy ilə qəbul olunur. Üçüncü maddəni oxuyunuz.

Katib - 3-cü maddəni oxuyur.

Rəis - 3-cü maddəni səsə qoyuram. Qəbul edənlər, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə 3-cü maddə qəbul olunur. 4-cü maddəni oxuyunuz.

Katib - 4-cü maddəni oxuyur.

Rəis - 4-cü maddəni səsə qoyuram. Rica edirəm, qəbul edən, əlini qaldırsın. (Əllər qalxır). 4-cü maddə əksəriyyət ilə qəbul olunur. 5-ci maddəni oxuyunuz.

Katib - (5-ci maddəni oxuyur).

Rəis - 5-ci maddəni səsə qoyuram. Rica edirəm, hər kəs qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). 5-ci maddə əksəriyyət ilə qəbul olunur. 6-cı maddəni oxuyunuz.

Rəis - 6-cı maddəni səsə qoyuram. Qəbul edən əlini qaldırsın. (Əllər qalxır). 6-cı maddə əksəriyyət ilə qəbul olunur. Layiheyi-qanuniyyəni təmamən səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə layiheyi-qanuniyyə təmamən qəbul olunur. Keçirəm növbədəki məsələ təbiblərin maaşı xüsusundadır. Məruzəçi Musa bəy Rəfiyev.

Musa bəy Rəfiyev - Bu qanun layihəsi müzakirəyə qoyulacaqdır. Bu sıradadır ki, parlamanda qulluqçuların məvacibləri artırılması layihəsinə baxılıbdır, qulluqçuların məvacibləri artırılıbdır. Lakin təbiblərin məvacibləri çox azdır. Burada keçənlərdə maarif nəzarətinin qulluqçularının məvaciblərini artırmaq barəsində olan qanun layihəsinə baxanda gördük ki, müəllimlərin maaşları çox-çox azdır. Həmçinin təbiblərin də məvacibləri çox-çox azdır. Köhnədən bunların məvacibləri az idi. İki dəfə maaşlar artırılıbdır. Onunla hesab etsək yenə də görərik ki, az məvacib alırlar. Neçə məvacib aldıqlarını sizə ərz edəcəyəm. Baş feldşerlər, onların məvacibləri 452 manat olduğu halda başqa hökumət idarələrinin xidmətçiləri alır 550 manat. Orta feldşerlər alırlar 400 manat, halbuki nəzarətin yazıçıları alırlar 1000 manat, hesabdar - 1500 manat. Nəzarətlərin ən alçaq qulluqçusunun məvacibi 1000 manatdı. Halbuki, uyezdlərdə olan təbiblərin məvacibləri 400 manatdır. O həkimlər ki, uyezdlərdə 400 manat alır, bunların məvacibləri storojdan 100 manat əksikdir. Onun üçün Azərbaycanda olan təbiblərin ştatı 69 hesab olunduğu halda cəmisi 31 təbib var. 38 yer boşdur. Çünkü məvacib azdır. Feldşer və mamaların ştatı 200-dür, hazırda 114-ü var. Əlbaqi yer boşdur. Bu qədər ilədir. 71 yerdən 32 yer tutulub, yerdə qalanı boşdur. Baytar feldşerlərdən 44 yerdən hazırda 14 yer boşdur. Hərgah indiki maaşların üzərinə ayın 12-sində qəbul olunan maaşları artırsaq, yenə də az olar. O qayda ilə həkimlər alacaq 1270 manat. Quberniya təbibi tibb işlərinin başında durur, alacaq 1470 manat. Mamalar tazə üsul ilə 858 manat, qeyriləri də bu qərar ilədir. Əlbəttə, bu üsul ilə heç bir həkim çağırmaq olmaz. Gələn olsa da onlardan tələb etmək olmaz ki, öz işləri olsun. Ona görə onların maaşları az olmağına görə, özləri üçün başqa iş tapıb pul qazanmaq məcburiyyətindədirlər. Səhiyyə nəzarəti bunları nəzərə alıb, maaşları artırmaq üçün layihə tərtib edibdir, bunların səhiyyə nəzarətinin fikrinə görə əvvəlcə bunlara bir məvacib təyin olunsun, sonra mal zəmli üstə gəlsin. Onda kəndlərdə, qəzalarda, şəhərlərdə həkimin məvacibi olur 1500 manat. O da oradaki hesabdarların məvaciblərinə bərabər olur. Baş həkim ancaq 100 manat artıq alacaq, baytarlar 1300 manat, quberniya baytarları 1500 manat. Bu qayda ilə mama və feldşerlərə 750 manat, baş feldşerlərə 850 manat. Nəzarət təklif edir ki, bu qayda ilə məvaciblər qəbul olunsun. Əgər bu qərar ilə əsl məvacibləri qəbul edib cəmi də üstünə gəlsək, onda həkimlər alacaq 2550 manat, feldşer 1387 manat, necə ki konselyariyada yazıçılar alırlar. Əlbəttə, bunlar həkimlər üçün çox olmazdı. Çünkü həkimlərin nə gecəsi var, nə gündüzü. Bununla bərabər həkimlərin ayrı yerlərdən qeyri mədaxilləri olur. Bunun üçün bu məvacibləri az bilmirik. Bunu büdcə və maliyyə komisyonu qəbul edib, parlamanda qəbulunu təklif edir. Səhiyyə naziri yanvarın əvvəlindən qəbul edilməsini rica edirdi. Fəqət, maliyyə büdcə komisyonu bunu lazım bilmədi. Doğrudur, müəllimlər üçün qəbul etdik. Çünkü onların qeyri yerlərdən mədaxilləri yoxdur. Biz bilirdik bu vaxtadək o həkim ki, 1000 manat ilədi, onun dolanmasıdır, xüsusi iş ilə qazanmış, evinin ovzaini keçirmişdir. Bir də tazədən həkimlər qəbul ediləcəkdir, onun üçün iyulun 1-dən qəbul edilməsini təklif edərdik. Bundan əlavə burada bir təşkilat vardır — dəlixanadır. Bu dəlixana vaxtilə Bakı üçün bina edildiyindən 45 nəfərlikdir. Bundan indi bütün Azərbaycan istifadə edəcəyindən bunu bir qədər böyütmək lazımdır. Qafqazda su ilə tədavi edən dəlixana var, o da Tiflisdədir. Hər nə qədər dəlilər müalicə edilməzsə, onlara öylə bir yer lazımdır ki, ğəmləri istirahətlə bölsünlər. Bunun üçün Bakı dəlixanasını genişləndirmək üçün səhiyyə nəzarətinə təklif edirik ki, Bakı dəlixanasına fikir versin, münasib də bir dəlixana tiksin.

Rəis - Layiheyi-qanuniyyənin əsasları üzərində kim danışmaq istərsə, vərəqə ilə yazıb bildirsin. Zahirən danışmaq istəyən yoxdur. Danışmaq istəyən yoxdursa, səsə qoyuram. Layiheyi-qanuniyyənin 2-ci qiraətinə keçməyi səsə qoyuram. Kim layiheyi-qanuniyyənin 2-ci qiraətinə keçməsini qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə layiheyi-qanuniyyənin ikinci qiraətinə keçilməsi qəbul olunur. (Katibə) Mehdi bəy oxuyunuz.

Katib - (Layihənin birinci maddəsini oxuyur).

Rəis - Əvvəlinci maddə xüsusunda kim danışmaq istərdi? Zahirən danışmaq istəyən yoxdur. Etiraz edən yoxdursa, səsə qoyuram. Əvvəlinci maddəni hər kəs qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əvvəlinci maddə əksəriyyət ilə qəbul olunur.

Katib - 2-ci maddəni oxuyur.

Rəis - Sırada natiq olmadığına görə 2-ci maddəni səsə qoyuram. Kim ikinci maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 2-ci maddə əksəriyyət ilə qəbul olunur. 3-cü maddəni oxuyunuz.

Katib - 3-cü maddəni oxuyur.

Rəis - 3-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 3-cü maddə əksəriyyət ilə qəbul olunur. Layiheyiqanuniyyənin üçüncü qiraəti qalır gələn iclasa.

Keçirəm növbədəki məsələyə. Növbədəki məsələ gəlir vergisindən azad olunan varidat miqdarının artırılması haqqında layiheyi-qanuniyyə. Məruzəçi Əbdüləli bəy Əmircanov.

Əmircanov - 1917 sənəsi 13 iyun qanununa binaən gəlir vergisindən azad olunan varidatı - sənəviyyənin miqdarı min rublə təyin edilmişdi. Min rublə indiki bazar məzənnəsilə hətta bir adamın yomi birər girvənkədən sənəvi ətməkinə belə kifayət etməz. Ona görə maliyyə nazirinin təklifi böylədir ki, sənəlik varidat miqdarı min rublədən 5 min rubləyə kimi artırılsın və gəlir vergisi də (5) mindən ziyadə varidatdan alınsın. Böyləliklə 5 min rublədən fəzlə varidatdan 187 manat vergi alınsın. Bu da gizli qalmasın ki, bu vergi bu il üçün deyil, 1918-ci il üçün mülahizə olunubdur. Maliyyə büdcə komisyonu bu layihəni bir səslə qəbul edib təsdiq edilmək üçün şimdi parlamana pişnihad edir. Layiheyi-qanuniyyə böylədir:

(Oxuyur).

Rəis - Layiheyi-qanuniyyənin əsasları üzərində kim danışmaq istərdi? (Məruzəçiyə). Layihəni rusca da oxuyunuz.

Əmircanov - (Layihəni rusca oxuyur).

Rəis - Danışmaq istəyən yoxsa müsaidə versəniz səsə qoyum. (Kyüstera). Yusifbəy. Üzvləri çağırın (kyüster dişarida zəngi vurur, bayırda olan üzvlər salona daxil olurlar) əvvəlinci maddəni səsə qoyuram. Oxuyunuz.

Əmircanov - 1-ci maddəni oxuyur.

Rəis - Əvvəlinci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə əvvəlinci maddə qəbul olunur. 2-ci maddəni oxuyun.

Əmircanov - 2-ci maddəni oxuyur.

Rəis - 2-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). İkinci maddə əksəriyyət ilə qəbul olunur. Layiheyiqanuniyyənin 3-cü qiraəti qalır gələn iclasa. Keçirəm növbədəki məsələyə.

Növbədəki məsələ maliyyə nəzarəti gömrük vergisi şöbəsinin ehdası haqqında layiheyi-qanuniyyədir. Məruzəçi Əbdüləli bəy Əmircanov.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed