Şrift:
Yaponiyada zəlzələ zamanı 110 nəfər xəsarət alıb, itkin düşənlər var
06.09.2018 [09:19] - Gündəm, Hadisə
Yaponiya Hokkaydo adasında baş verən zəlzələ zamanı 110 nəfər xəsarət alıb.

RİA Novosti agentliyi xəbər verir ki, zəlzələ nəticəsində Atsuma qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 19 nəfər itkin düşüb. Tomakomay şəhərində xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.

Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb, 3 milyondan çox insan işıqsız qalıb.

Qeyd edək ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed