Şrift:
Hokkaydo adasında baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 21-ə çatıb
08.09.2018 [10:03] - Gündəm, Hadisə
Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında baş verən güclü zəlzələ nəticəsində 21 nəfər həlak olub, 13 nəfər isə itkin düşüb.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransında məlumat verib.

“Həlak olanların sayı 21 nəfərə çatıb, 6 nəfərin vəziyyəti isə ağırdır, 13 nəfər itkin düşmüş hesab olunur. Hazırda zəlzələnin nəticələrinin aradan qaldırılmasına özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 40 min əməkdaşı, 75 helikopter cəlb olunub”, - deyə baş katib bildirib.

Xatırladaq ki, sentyabrın 6-da səhər saatlarında Hokkaydo adasında güclü zəlzələ baş verib. Zəlzələnin episentrinin yerləşdiyi Atsuma qəsəbəsində çoxsaylı torpaq sürüşmələri qeydə alınıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed