Şrift:
Amerika Hörmüz boğazına pilotsuz sualtı qayıqlar göndərib
13.07.2012 [11:53] - Gündəm
Bu barədə “The Los Angeles Times” qəzeti xəbər dərc edib.

ABŞ (Amerika Birləşmiş Ştatları) Hörmüz boğazına pilotsuz sualtı qayıqlar göndərib. Bu barədə “The Los Angeles Times” qəzeti xəbər dərc edib.

Məlumatda bildirilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “SeaFox” pilotsuz sualtı qayıqlarının əsas vəzifəsi Hörmüz boğazında suyun altındakı minaların yerini aşkarlayaraq məhv etməkdir. Boğaza “SeaFox”larla bərabər, 4 ədəd MH-53 “Sea Dragon” helikopteri və mina təmizləyən gəmilər də göndərilib.

Qeyd edək ki, dənizin altında 300 metr dərinlikdə mina axtaran “SeaFox” sualtı qayıqları lazım gəldiyi təqdirdə aşkarladığı minaları məhv etmək xüsusiyyətinə malikdir. Ancaq yüz min ABŞ dolları dəyərində olan sualtı qayıq minanı partladarkən özünü də məhv edir.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed