Şrift:
Gürcüstan rusiyalı hakeri Amerikaya təhvil verdi
08.09.2018 [10:28] - Xəbərlər, Hüquq
Gürcüstan Rusiya vətəndaşı Andrey Türini Amerika Birləşmiş Ştatlarına (ABŞ) ekstradisiya edib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Məxfi Xidmət, Federal Təhlükəsizlik Bürosu və Prokurorluğunun birgə bəyanatında deyilir.

A.Türin maliyyə strukturlarının sistemlərinə kiber hücumda ittiham olunur.

Rusiya vətəndaşını ABŞ-da üst-üstə 97 il həbs cəzası gözləyir.

Qeyd olunur ki, A. Türin genişmiqyaslı haker hücumuna, o cümlədən ABŞ-da 80 milyon müştərinin şəxsi məlumatlarının oğurlanmasına görə məsuliyyət daşıyır.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed