Şrift:
Əfqanıstanda avtobus qəzası nəticəsində azı 15 nəfər həlak olub
08.09.2018 [11:49] - Gündəm, Hadisə
Bu gün səhər saatlarında Əfqanıstanın Qəndəhar əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 15 nəfər həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır.

TOLOnews telekanalı xəbər verir ki, qubernatorun rəsmi nümayəndəsi Əziz Əhməd Əzizin sözlərinə görə, insident yerli vaxtla təxminən saat 6:00 radələrində Jari rayonunda baş verib. Həlak olanların arasında uşaqlar və qadınlar da var.

Qeyd edək ki, sürət həddini aşma, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Əfqanıstanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed