Şrift:
Ermənistanda avtobus sürücüləri tətilə başladılar
13.07.2012 [12:39] - Gündəm
Ağır istisadi və sosial şəraitin hökm sürdüyü Ermənistanda indi də avtobus sürücüləri tətilə başlayıblar.Ermənistan mətbuatının verdiyi məlumata görə, Kotaysk vilayətində İrəvan -Abovyan, Çarentsavan-İrəvan, eləcə də şəhər daxili avtobusların sürücüləri etiraz aksiyası keçirirlər. Məlumata görə, 80 avtobus və 40 sürücü xətdən çıxıb.

Qeyd edək ki, 6 ay öncədə eyni istiqamət üzrə hərəkət edən avtobusların sürücüsü işlərinə mane olduqları üçün "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanın pulsuz xeyriyyə avtobuslarından şikayət edirdilər.

Avtobusların şirkət sahibinin sözlərinə görə, xeyriyyə marşrutları qanunsuz işləyir: "Onlar başqalarının hesabına işləyirlər. Başqalarının hesabın xeyriyyə olmaz. Mən sürücüləri dəstəkləyirəm. Çünki onlar yanacaq ala və evlərinə 1000 dram belə pul apara bilmirlər".

Sabah keçirilməsi nəzərdə tutulan aksiyaya şirkətin 120 taksi sürücüsünün də qoşulacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed