Şrift:
Azərbaycan diasporu ilə Malayziya arasında əməkdaşlıq məsələləri müzakirə edilib
12.09.2018 [10:13] - Diaspor
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Malayziyanın bu ölkədəki səfiri Muhəmməd Həniflə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasında dostluq əlaqələrindən söhbət açıb, əməkdaşlığa və müştərək tədbirlər keçirməyə hazır olduqlarını bildiriblər.

Səfir Misirdə təhsil alan malayziyalı tələbələrə göstərilən dəstəyə görə Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədrinə təşəkkürünü bildirib.

Sonra Seymur Nəsirovun rəhbərliyi altında təhsil alan bir qrup tələbənin hüsnxətlə yazdıqları lövhələrin sərgisinə baxılıb. Səfir sərgilənən sənət əsərlərini çox yüksək qiymətləndirib. Bu sənəti Azərbaycan diasporu mərkəzində öyrənmək üçün S.Nəsirovdan ona və ailəsinə imkan yaradılmasını xahiş edib.

Qeyd edək ki, S.Nəsirov Misirdə təhsil alan 58 ölkədən olan 1000-dən çox tələbəyə rəhbərlik edir. İyirmi ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250-dən çox əslən azərbaycanlı alimlər haqqında iki kitabın müəllifidir. Çoxsaylı elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Qahirə Universitetində Azərbaycan dilini tədris edir. Rəhbərlik etdiyi tələbələr arasında malayziyalılar da var.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed