Şrift:
Niftali Goyceli:- MİSKİN ABDAL (LƏLƏ HÜSEYN) VƏ SƏFƏVİ DÖVLƏTİ (III yazı)
12.09.2018 [14:11] - Gündəm, DAVAMın yazıları
III yazı
1501-ci il yay fəslinin başlanğıcında Şah İsmayıl və Hüseyn bəy Lələ süvari ordunun çevik tərkibli hissəsi ilə Göyçə mahalına gəlirlər. Burada Səfəvi süvari ordusuna Ərəş, Zülqədər tayfalarının at üstündə mahir döyüş qabiliyyətli igidləri də qoşulurlar. Rəvayətə görə Göyçə mahalında Hüseyn bəy Lənin təyin etdiyi alay başçısı, müridlərdən biri olan Dəmroy İsmayılın Göyçə mahalında cəsur döyüşçü igidlərin hazırlanmasında böyük xidməti olmuşdur. Elat ağsaqqalları ona “Dəmroy” ləqəbini fiziki və əqli cəhətdən dönməz olduğuna görə veriblərmiş (Sonralar həmin “Dəmroy İsmayıl” adı XIX əsrdə“Töstülü” tayfasından olan bir cəsur igidə də verilmişdir). Dəmroy İsmayılın alayı əsasən dağlıq və qayalıq, eyni zamanda daşlı-çınqıllı ərazilərdə hərbi təlimlər keçirmişlər. Bundan əlavə, həmin döyüşçülər çapar atdan atılıb yerdə piyada döyüşmək qabiliyyətinə də malik olmuşlar. Belə bir məsəl var: “İgid odur atdan düşüb atlana, igid odur hər əzaba qatlana.” kimi deyim də bəlkə elə ondan qalıb?..
Beləliklə, 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə də məğlubiyyətə uğrayır. Fərrux Yasar və Əlvənd Mirzənin məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuşduran Şah İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir.
Qeyd etdiyimiz kimi, Kəngər (indiki İran) körfəzindən Böyük Qafqaza, Qara dəniz sahilindən Xəzər dənizinə və Xorasan tərəflərdə də Sufizm idiologiyası XVI əsrin başlanğıcında geniş yayılmışdı, bu idiologiyanı yayanlar əsasən el aşıqları, sufi dərviş kəşfiyyatçıları (missionerləri) idilər. Həmin ideologiyanın öndəri (piri-mövlanəsi) Təbriz şəhəri Səvəvilərin paytaxtı olandan sonra XVI əsrin başlanğıcından etibarən Hüseyn bəy Lələ olmuşdur. Hüseyn bəy Lələ müridləri vasitəsi ilə yaxın şərqdə Səfəvi-sufi ideyasının təbliğinə nəzarət etməklə, eləcə də qədim Azərbaycan dövlətinin böyük tarixi ərazilərini birləşdirməklə güclü dövlət yaratmaq haqqında düşünürdü.
Nəhayət, 1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu hökmdarı Murada onun hakimiyyətini tanımağa və tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmir. Bundan sonra Səfəvi qoşunu 12 minlik orduyla Həmədana doğru irəliləyir. 21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almabulağı (Almaqulağı) deyilən yerdə “Almabulağı döyüşü” baş verir. Döyüşdə Səfəvilər qalib gəlir. İsgəndər bəy Münşi Türkman yazır:

...Ağqoyunlu hökmdarı Sultan Murad isə qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə müqavimətsiz Şiraz, Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd, və Kirmanı, 1506-cı ildə, Diyarbəkiri və Maraşı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Vanvə Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Şeybanilər dövlətinin hökmdarı Məhəmməd 1507-1508-ci illərdə Teymurilər dövlətinə son qoyub Xorasanı işğal etdi və Kirmana dağıdıcı yürşülər etdi. Şah İsmayıl Məhəmməd xan Şeybaninin yanına iki dəfə elçi göndərdi, onu yürüşləri dayandırmağa çağırdı. Məhəmməd xan Şeybani Şah İsmayıla cavab məktubunda tələb edirdi ki, o, xanın adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Məhəmməd xan Şeybani yazırdı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. I Şah İsmayıl cavab məktubunda qeyd edirdi ki, o, Məşhəddəki İmam Rza məqbərəsini bir "dərviş" kimi ziyarət etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcək. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi. 2 dekabr 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqları ələ keçirdi. Döyüş zamanı Məhəmməd xan Şeybani öldürüldü... Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə onlara tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.
Səfəvi dövlətinin yaranma və süqutu haqqında artıq tarix kitablarında, eyni zamanda bədii əsərlərdə geniş məlumatlar var. Bu məlumatlar salnamə və xatirələr əsasında müəllifləri, tarixi göstərilməklə qeyd olunur. Bir neçə mənbələrdə Lələ bəy Hüseynin Göyçə mahalından olması təsdiqini tapır.
Səvəfi dövlətinin tarixində ən faciəli hadisə “Çaldıran döyüşü”(1515-ci il) olub. Mənbələrin verdiyi məlumata görə əvvəlki müharibələrdə sayca az qoşunla çoxsaylı düşmən qüvvələrə qalib gələn 30 yaşlı bir gənc Şah İsmayılda təkəbbürlük yaratmışdır. Söz yox ki, qalibiyyətli döyüşlərin hərbi fəndləri “Səfəvi dövlət şurası”nın tədbirləri nəticəsində qazanılmışdır və şuranın qərarları ilə gənc şah da razılaşmışdır. Lakin “Çaldıran döyüşü” ərəfəsi Şah İsmayıl şuranın heç bir qərarına məhəl qoymamışdır: döyüş gününün səhərisi ova getməsi, top atəşlərinə qarşı suvari hücumu və s. hərəkətlər müharibə zamanı qəbuledilməz hadisələrdir. Bu məğlubiyyət tarixindən sonra 9 il müddətində Hüseyn bəy Lələ (Miskin Abdal) sarayda çox ruh düşgünlüyü ilə yaşamışdır. Hüseyn bəy Lələ 20 yaşından at belində gah dərviş libasında, gah cəngavər kimi silahlı qarlı qışda, qızmar fəsillərdə Böyük Qafqazdan Kəngər körfəzinə, Qara dənişdən Xəzər dənizinə kimi olan ərazilərdə əqidə yoldaşları ilə səfərlərdə olmuşlar. Səfəvi-sufi ideologiyasını yaymaqla və həm sağlam əqidə, həm də fiziki cəhətdən cüclü müridlərin hazırlanmasında fədakarlıq göstərmişlər. Belə bir gərgin fəaliyyətdən sonra güclü Səfəvi dövlətinin qurulmasına nail olmaq asan deyildi: nə qədər dönməz igidlər, müridlər qurban verilmişdi. Bu hadisələri qəlbində yaşadan ustad sənətkar, 85 yaşlı müdrik insan Hüseyn bəy Lələ 1924-cü ildə Şah İsmayılın vəfatı ilə son ümidlərinin də puça çıxdığını görüb doğma yurdu Göyçə mahalına qayıdır. Böyük ustadın əldə olunan şeirlərinin əksəriyyətində giley, şikayət və qəmli misralar onun qəfəsdə çırpınan bülbül kimi ah-zarını bildirir.
Miskin Abdal o zaman gənc yaşlarında “Hüseyn” ləqəbi ilə yazdığı şeirlərdən zamanəmizə gəlib çatanlar dəqiq araşdırılmayıb. Böyük ustadın “Miskin Abdal” təxəllüsü ilə əldə olunan şeirləri isə müəyyən qədər əldə olunub.
Qeyd etmək lazımdır ki, Göyçə aşıq məktəbinin bünövrəsini qoyan, eyni zamanda bir neçə saz havalarını düzüb-qoşan da Ustad sənətkar Misgin Abdal olmuşdur.
İndiki zamanda Misgin Abdalın yaradıcılığını əks etdirən çapa hazırlanan kitabda şeirləri və dastanları öz yerini tapacaq.
Miskin Abdal kimi nurlu idrak sahibi, tarixi dövlət xadimi, dahi sənətkarın xatirəsini əbədiləşdirmək üçün Yaxın vaxtalrda vətənpərvər, sənətsevər, böyük ziyalı Xaçmaz Payon İcra başçısı Şəmsəddin müəllimə Xaşmaz rayonundakı “Sənətkarlar” parkında Miskin Abdalın da büstünün qoyulması haqqında bir qrup ziyalı adından xahiş məktubu ilə müraciət olunacaq.
Bu xəbər oxucular tərəfindən 1453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed