Şrift:
Rusiya XİN: Qarabağ münaqişəsinə dair mövqeyimiz dəyişməzdir
14.09.2018 [10:10] - Gündəm, Hərb
"Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməz olaraq qalır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz müxtəlif ölkələrdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı verilən bəyanat və açıqlamaları təhlil edirik. Rusiyanın mövqeyi dəyişməzdir. Bölgənin yekun statusu siyasi-diplomatik yollarla təyin olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılıq əldə etmələri üçün tərəflərə vasitəçilik dəstəyini göstərəcək", - o qeyd edib.
M.Zaxarova deyib ki, tərəflər də irəliləyişə nail olmaq üçün müvafiq ab-hava yaratmalıdırlar.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed