Şrift:
Gürcüstandakı Azərbaycandilli məktəblərin rəsmi sayı açıqlanıb
18.09.2018 [09:52] - Borçalı
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai məktəblərin sayı 80 təşkil edir.

Davam.az bildirir ki, bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2017-2018-ci tədris ilinin sonunda Azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin sayı 15 150 nəfər təşkil edib.

Həmçinin qeyd olunub ki, Gürcüstanın 38 ictimai məktəbində Azərbaycan bölməsi fəaliyyət göstərir və ötən tədris ilində həmin bölmələrdə 9 852 şagird təhsil alıb. Bundan başqa, iki özəl məktəbə Azərbaycan bölməsi açmaq hüququ verilib.

2018-2019-cu tədris ili üzrə Azərbaycandilli məktəblər və ictimai məktəblərin Azərbaycan bölmələrində təhsil alan şagirdlərin sayı hələlik məlum deyil.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed