Şrift:
Türkiyəli qonaqlar Dövlət Komitəsində olub
18.09.2018 [10:11] - Diaspor
Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusufu Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Bu haqda Komitədən bildirilib.

Görüşdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və perspektivlər müzakirə olunub.

Sədr müavini təmsil etdyi qurumun fəaliyyətinə toxunaraq, 2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib.

Qeyd olunub ki, hər iki ölkənin diasporu gücünü birləşdirməli və Avropada fəaliyyətlərini genişləndirməlidir.

Görüşdə Azərbaycan və Türkiyənin dövlət başçılarının hər zaman türkdilli xalqlar arasında milli birliyin möhkəmləndirilməsinə xüsusi önəm verdikləri bir daha xatırlanıb.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed