14.07.2012 [16:06] - Gündəm
“ATƏT-in Minsk Qrupunun həmsədrləri öz bəyanatında tərəfləri beynəlxalq hüquq normalarına uyğun hərəkət etməyə çağırıblar.
Beynəlxalq hüquqa görə, Azərbaycanın işğal altında olan əraziləri üzərində uçuşların keçirilməsi qanunsuzdur”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağda aeroportun açılması ilə bağlı fikirlərini APA-ya belə şərh edib.
Xatırladaq ki, həmsədrlərin regiona son səfərlərinin nəticəsinə həsr olunmuş bəyanatda Dağlıq Qarabağda aeroport açılması məsələsinə də toxunulub. Həmsədrlər bəyanatlarında bir daha bəyan ediblər ki, bu aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə dair iddialara dəstək vermək üçün istifadə oluna bilməz. Həmsədrlər tərəfləri beynəlxalq hüquq normaları və öz ərazilərindən uçuşların təşkili praktikasına əsasən hərəkət etməyə çağırıblar.

Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |