20.09.2018 [10:29] - Gündəm, Hüquq
BMT-nin İnsan Hüquqları Şurasının 39-cu sessiyası çərçivəsində Azərbaycan və Ekvadorun Cenevrədəki BMT bölmələri və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının bütün səviyyələrdə istifadəsinə korrupsiyanın təsirləri” adlı tədbir keçirilib.
Tədbirdə BMT-nin İnsan Hüquqları Şurasının Məşvərətçi Komitəsinin sədri Katarina Pabel, İnsan Hüquqları üzrə Ali Komissarlığının inkişaf hüququ üzrə bölməsinin rəhbəri Ayuş Bat-Erdene, Parlamentlərarası İttifaqının nümayəndəsi Əndi Riçardson, Ticarət və İnkişaf Konfransının nümayəndəsi Stefen Mak Fili, Azərbaycanın və Ekvadorun Cenevrədəki daimi nümayəndələri Vaqif Sadıqov və Luis Qalleqos məruzəçi qismində çıxış edərək korrupsiyanın insan hüquqlarının təmin edilməsinə mənfi təsirləri, korrupsiyaya qarşı mübarizə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyi, bu prosesdə hökumət, parlament və vətəndaş cəmiyyəti təşkilatlarının rolundan bəhs ediblər.
Tədbirin həmtəşkilatçısı qismində Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi Vaqif Sadıqov ölkəmizdə korrupsiyaya qarşı mübarizənin hüquqi, nəzəri və praktiki tərəflərindən bəhs ediblər. Azərbaycanın korrupsiyaya qarşı mübarizədə yalnız korrupsiya cinayətini törətmiş hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə kifayətlənmədiyini və korrupsiyaya şərait yaradan vəziyyətin aradan qaldırılması, şəffaflığın artırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan nümayəndəsi bu islahatların həyata keçirilməsi istiqamətində son illər ərzində ölkəmizdə atılan konkret addımlardan danışıb. O, həmçinin geniş ictimai müzakirələrdən sonra qəbul olunmuş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” haqqında tədbir iştirakçılarına məlumat verib, bu Plana uyğun olaraq dövlət qurumları və yerli QHT təmsilçilərinin iştirakı ilə təsis edilmiş Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması barədə danışıb, korrupsiya qarşı ölkədə aparılan işdə mühüm təsisatlar olan Məhkəmə-Hüquq Şurası və bu il yaradılmış Maliyyə Monitorinq Xidməti haqqında söhbət açıb.
Azərbaycan Respublikası Prezidentinin dövlət idarəçiliyində həyata keçirdiyi köklü islahatlar nəticəsində 2012-ci ildə yaradılmış və ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən biri olan “ASAN Xidmət” konsepsiyasından bəhs edən səfir V.Sadıqov dövlət xidmətlərinin şəffaf, məsuliyyətli, səmərəli və vətəndaşların ehtiyaclarına adekvat şəkildə çatdırılmasının insan hüquqlarının müdafiəsində və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Səfir V.Sadıqov 2018-ci il martın 22-də BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yekdilliklə qəbul edilmiş “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnaməyə istinad edərək, ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində öz müsbət təcrübələrini digərləri ilə bölüşməsinin vacibliyini qeyd edib.
Tədbirdə BMT-nin üzv dövlətlərinin, Cenevrədəki beynəlxalq təşkilatların və beynəlxalq QHT-lərin təmsilçiləri iştirak ediblər.
Elgün Niftəli

Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |