Şrift:
Daha bir azərbaycanlı İsveçdə deputat seçildi
20.09.2018 [10:30] - Gündəm, Diaspor
İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007- ci ildən İsveçın ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyimi verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyəti idarə heyətinin üzvüdür.

Məlumat üçün qeyd edək ki, Jönköpinq şəhərinin 145000 əhalisi var. Jönköpinq əyaləti13 bələdiyyəni əhatə edir və 350000 əhalisi var. Jönköpinq region (əyalət) parlamentində 81 nəfər deputat var və İradə Əliyeva onlardan biridir.

İ.Əliyeva builki seçkilərdə yenidən namizədliyini verib və Jönköpinq region (əyalət) parlamentinə deputat seçilib. Hal-hazırda seçkilərdən sonra müxtəlif komissiya və idarə heyətlərinə üzvlərin seçilməsi prosesi davam edir və soydaşımızın təxminən noyabr ayının axırlarında hansı komissiya və idarə heyətlərinə daxil olduğu bilənəcək.
İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi (konsult) şirkəti var. 2013- cü ildən özü bir qadın cəmiyyəti yaradıb. Bu cəmiyyətdə müxtəlif millətlərdən olan qadınlar üzvdür. Cəmiyyıtin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır.

P.S. İradə Əliyeva əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı - 20 yaşında qızı, 13 yaşında oğlu var. Qızı da siyasətlə maraqlanır və builki seçkilərdə fəal iştirakçılardan biri olub. İ.Əliyeva Azərbaycan Neft və Kimya İnstitunun muhəndis - igtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed